PETLIFE
Çatdırılma və qaytarma şərtləri
Sifarişinizin rahat, aydın və vaxtında çatdırılması üçün əsas qaydalar
PULSUZ ÇATDIRILMA
8 AZN və daha çox sifarişlər üçün
Sifarişinizin ümumi məbləği 8 AZN və ya daha çox olduqda, müəyyən edilmiş çatdırılma zonaları daxilində qapınıza qədər standart çatdırılma pulsuz həyata keçirilir.
Sifariş 8 AZN-dən az olduqda
Sifariş məbləği 8 AZN-dən az olduqda, çatdırılma haqqı 8 AZN-ə çatmayan fərq qədər hesablanır.
Çatdırılma zonaları
Hazırda PetLife çatdırılması Bakı şəhəri üzrə müəyyən edilmiş zonalar daxilində həyata keçirilir. Çatdırılma ərazisi mərhələli şəkildə genişləndirilir.
Xətai rayonu
Səbail rayonu
Nəsimi rayonu
Nərimanov rayonu
Yasamal rayonu
Nizami rayonu
Sabunçu rayonu
Bakıxanov
Suraxanı rayonu
Yeni Günəşli, Qaraçuxur
Binəqədi rayonu
Mikrorayonlar, Biləcəri
Çatdırılma vaxtları
Hər gün: 10:00 – 23:59
Çatdırılma bazar ertəsindən bazar gününədək hər gün həyata keçirilir. Faktiki çatdırılma müddəti sifarişlərin sayı, yol vəziyyəti və digər obyektiv amillərdən asılı olaraq dəyişə bilər.
Saat 19:00-dək verilən sifarişlər
Saat 19:00-dək rəsmiləşdirilmiş və təsdiqlənmiş sifarişlər, bir qayda olaraq, həmin gün çatdırılır.
Saat 19:00-dan sonra verilən sifarişlər
Saat 19:00-dan sonra təsdiqlənmiş sifarişlərin çatdırılması növbəti gün 10:00-dan 19:00-dək həyata keçirilir. Çatdırılma müddəti xidmətin yüklənməsi və yol şəraitindən asılı olaraq dəyişə bilər.
Çatdırılmanı kim həyata keçirir?
Sifarişlər PetLife əməkdaşları, həmçinin Wolt və digər kuryer xidmətləri vasitəsilə çatdırıla bilər.
Çatdırılma üçüncü tərəf kuryer xidməti tərəfindən həyata keçirildikdə, çatdırılma prosesi həmin xidmətin əməliyyat qaydalarından asılı ola bilər. Qanunvericiliklə başqa hal nəzərdə tutulmadığı təqdirdə, üçüncü tərəfin hərəkət və ya hərəkətsizliyindən irəli gələn hallar üzrə məsuliyyət müvafiq xidmətə aiddir.
DAHA SÜRƏTLİ SEÇİM
Prioritet çatdırılma
Prioritet çatdırılma xidməti sifarişinizin çatdırılma prosesində üstün qaydada emal olunması üçün nəzərdə tutulub və həftənin hər günü mövcuddur.
SABİT QİYMƏT
+3.99 AZN
Prioritet çatdırılma haqqı çatdırılma nöqtəsinə olan məsafədən asılı olmayaraq müəyyən edilmiş xidmət zonaları daxilində sabitdir.
Prioritet çatdırılma da Bakı şəhəri üzrə PetLife tərəfindən müəyyən edilmiş çatdırılma zonalarında təqdim olunur.
Prioritet çatdırılma üçün ödənilmiş xidmət haqqı, bir qayda olaraq, geri qaytarılmır. Çatdırılmanın birbaşa çatdırılma xidmətinin təqsiri səbəbindən həyata keçirilmədiyi hallar istisnadır.
Qaytarma şərtləri
Məhsul və pul vəsaitlərinin qaytarılması PetLife-ın müəyyən edilmiş qaydalarına və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirilir.
Nağd ödəniş
Məhsul çatdırılma əməkdaşı vasitəsilə geri qaytarıldıqda, pul vəsaitinin qaytarılması 3 iş günü ərzində həyata keçirilir. Təcili geri götürülmə tələb olunduqda, +3.99 AZN sabit qiymətlə prioritet çatdırılma xidmətindən istifadə edilə bilər.
Bank kartı ilə ödəniş
Nağdsız ödəniş zamanı pul vəsaiti 7 iş günü ərzində geri qaytarılır.
Taksit kartı, QR və ya M10
Taksit kartı, QR və ya M10 vasitəsilə edilmiş ödənişlərin qaytarılması zamanı geri qaytarılan məbləğdən bank tərəfindən 5% komissiya tutula bilər.
Məhsulun və ödənişin qaytarılması üçün kassa çeki və ya alış faktını təsdiq edən digər sənəd təqdim edilməli, həmçinin məhsulun əmtəə görünüşü, istehlak xüsusiyyətləri, qablaşdırılması və komplektliyi qorunmalıdır.
Geri qaytarılmayan məhsullar
01. Gigiyenik məhsullar
02. Çəki ilə satılan quru yemlər və qablaşdırılması açılmış qida məhsulları
03. Baytarlıq preparatları və dərman vasitələri
04. İstifadə edilmiş və ya qablaşdırılması açılmış məhsullar
05. Fərdi istifadə üçün nəzərdə tutulmuş məhsullar: boyunluqlar, ağızlıqlar, geyim və qoruyucu aksesuarlar, daraqlar, fırçalar, qayçılar, gigiyenik aksesuarlar, yataqlar və döşəklər
Pul vəsaitinin qaytarılması, bir qayda olaraq, sifariş zamanı istifadə edilmiş ödəniş üsuluna uyğun həyata keçirilir.
Qaytarma ilə bağlı yekun qərar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və PetLife-ın tətbiq olunan daxili qaydalarına uyğun qəbul edilir.
VACİB MƏLUMAT
Sifarişi qəbul edərkən
Çatdırılma əməkdaşı ünvana çatdıqdan sonra müştəri ilə mobil əlaqə vasitəsilə bir neçə dəfə əlaqə saxlamağa cəhd edir.
Müştəri sifarişi qəbul etmədikdə və ya əlaqə yaratmaq mümkün olmadıqda, kuryer ünvanda maksimum 10 dəqiqə gözləyə bilər.
Bu müddət başa çatdıqdan sonra sifariş çatdırılmamış hesab edilir və anbara qaytarılır. Təkrar çatdırılma yalnız onlayn dəstək xidməti ilə əvvəlcədən razılaşdırıldıqdan və +3.99 AZN prioritet çatdırılma xidməti seçildikdən sonra mümkündür.
